Kreditlərin 97,1 faizi banklar tərəfindən verilib
Bakı, 14 iyul, AZƏRTAC
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə 2023-cü il iyun ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit
portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz artaraq, milli valyuta ekvivalentində 21285,5 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi kredit portfelinin 17631,7 milyon manatı və ya 82,8 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,1 faizi banklar, 2,9 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 27,3 faiz azalaraq 490,1 milyon manat olub və ümumi kredit portfelinin 2,3 faizini təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]