KREDİTLƏRİN ƏKSƏRİYYƏTİ ÖZƏL BANKLAR TƏRƏFİNDƏN VERİLMİŞDİR
AZƏRTAC Milli Bankın mətbuat xidmətinə istinadla xəbər verir ki, avqustun 1-nə Azərbaycan iqtisadiyyatına qoyulmuş kreditlər ötən ilin eyni dövrü ilə müqayisədə 84,7 faiz artaraq 6361,5 milyon manat təşkil etmişdir. Bu məbləğin 44,2 faizi dövlət, 53,2 faizi özəl banklar, 2,5 faizi isə qeyri-bank təşkilatları tərəfindən ayrılmışdır.
Qoyulmuş kreditlərin 1930,6 milyon manatı qısamüddətli, 4430,9 milyon manatı isə uzunmüddətli olmuşdur. Qısamüddətli kreditlərin 3,6 faizi, uzunmüddətli kreditlərin isə 0,9 faizi vaxtı keçmiş kreditlərdir.
Kreditlərin 54,2 faizi manatla, 45,8 faizi isə xarici valyuta ilə verilmişdir.