Kür çayında hidroloji monitorinq keçirilmişdir
Bakı, 23 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi gursululuq dövrü üçün Kür çayı və onun deltasında hidroloji monitorinq keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ötən ilin gursululuq dövründə çayın Bankə məntəqəsində suyun səviyyəsi 4,46 metr, sərfi 920 kubmetr/saniyə, orta sürəti 1,20 metr/saniyə, maksimal sürəti 1,92 metr/saniyə təşkil etmişdir.
Mayın 5-6-da Kür çayının deltasında yenidən ölçmə işləri aparılmışdır. Bankə qəsəbəsində suyun səviyyəsi 3,76, Bala Kürdə 4,19-4,63, Ana Kürdə isə 4,90-6,27 metr olmuşdur.
Yeni açılmış kanalın girişində dərinlik 6,92-7,09, çıxışında 4,63-5,66 metrə çatmış, dənizə doğru təxminən 2 kilometr məsafədə dərinlik 2,00-2,90 metrədək azalmışdır. Kanalda “Azərenerjitikintiquraşdırma” Səhmdar Cəmiyyətinə məxsus ixtisaslaşdırılmış “İnam” lilsoran gəmisi ilə dibdərinləşdirmə işləri aparılır.
Hidroloji monitorinqin nəticələri barədə məlumat müvafiq təşkilatlara təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]