Kür çayının aşağı axınında sululuğun artdığı müəyyən edilib
Bakı, 1 dekabr, AZƏRTAC
Dekabrın 1-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2, Qanıx çayının Əyriçay məntəqəsində isə 7 sm azalma müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, son günlərdə yağan yağışlar nəticəsində Kür çayının aşağı axınında sululuğun artdığı müəyyən edilib. Belə ki, Kür çayının Surra məntəqəsində 23, Şirvanda 34, Salyanda 35, Bankədə 12, Araz çayının Novruzlu məntəqəsində 33 sm artım qeydə alınıb.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-140, Kiçik Qafqazın çaylarında 60-170, Lənkəran-Astara bölgəsi çaylarında isə 150-190 faizini təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]