Kür və Araz çaylarında növbəti monitorinq keçirilmişdir
Bakı, 8 fevral (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədi ilə yanvar ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, yanvar ayının III ongünlüyündə Kür çayında suyun sərfi yanvar ayının II ongünlüyünə nisbətən 14 kubmetr/saniyə artaraq 138 kubmetr/saniyə təşkil etmişdir. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 4, mis birləşmələri 2, Ağstafaçay məntəqəsində fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 4 dəfə normadan artıq olmuşdur.
Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 67,5 kubmetr/saniyə təşkil etmişdir. Horadiz məntəqəsində fenollar 3, mis birləşmələri 2, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 4, Bəhramtəpə məntəqəsində fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə sanitar norma daxilində dəyişmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]