Kür və Araz çaylarında suyun səviyyəsi artmışdır
Bakı, 9 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çaylarda mövcud vəziyyəti araşdırmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normanın 50-90, Böyük Qafqazda 95-185, Kiçik Qafqazda 130-135, Naxçıvan MR çaylarında isə 85-90 faizini təşkil edir. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 140 kubmetr, Qanıx çayının Əyriçay məntəqəsində isə saniyədə 89 kubmetrdir.
Araşdırmaya görə, Kür çayının aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsi 573, Şirvanda 466, Salyanda 423, Bankədə 310, Araz çayının Novruzlu məntəqəsində isə 298 santimetr təşkil etmişdir. Bu isə bütün məntəqələrdə ötən ilin müvafiq dövrü ilə müqayisədə suyun səviyyəsinin yüksək olduğunu göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]