Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO
Kürdəmir, 23 mart, AZƏRTAC
Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisə baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən axşam Kürdəmir-Zərdab yolunun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, sürücü 1963-cü il təvəllüdlü rayon sakini Sahib Omarov QAZ 53 markalı yük maşını ilə Kürdəmir istiqamətində hərəkətdə olarkən qarşısına çıxan piyadanı - Ağsu şəhər sakini 1985-ci il təvəllüdlü Tahir Şıxıyevi vurub. Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində keçinib.
Hadisə ilə bağlı araşdırma aparılır.