Kutay Yalınkılıç: Məqsədimiz Türkiyə və Azərbaycan fintex şirkətləri arasında əlaqə yaratmaqdır
Bakı, 6 sentyabr, AZƏRTAC
Hazırda Türkiyə 76 fintex şirkəti lisenziyalı olaraq fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə forumun təşkilatçısı “Fintex İnnovation Hub” şirkətinin təsisçisi Kutay Yalınkılıç sentyabrın 6-da Bakıda keçirilən Azərbaycan-Türkiyə fintex forumunda deyib.
O bildirib ki, yaxın zamanda lisenziyalı şirkətlərin sayı 100-ə çatacaq. Türkiyədəki fintex şirkətləri 10 illik təcrübəyə malikdir: “Bu şirkətlər ödəmə xidmətləri, elektron pul köçürmələri əməliyyatlarını həyata keçirir. Bizim məqsədimiz Türkiyədəki bu təcrübələri həm tənzimləyərək, həm də tətbiq edərək Azərbaycan və digər ölkələrdəki fintex şirkətləri arasında əlaqə yaratmaqdan ibarətdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:58]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [17:37]