Laçın-Xankəndi yolu: Sülhməramlıların daha bir avtomobil karvanı aksiya ərazisindən keçib
Şuşa, 9 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycanlı ekofəalların və könüllü gənclərin Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 119 gündür davam edir. Ərazi humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus 1 minik, 8 yük avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz keçib. Bu, bir daha onu göstərir ki, heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.