LƏNKƏRAN BOKSÇULARININ UĞURLARI
Bakı İdman Sarayında keçirilən boks üzrə respublika çempionatında lənkəranlı boksçular yeni uğurlar qazanmışlar. Lənkəran boks məktəbinin yetirmələrindən biri, hazırda Bakı şəhərində hərbi xidmətdə olan, Avropa Birinciliyinin bürünc mükafatçısı Cavid Tağıyev 75 kiloqram çəki dərəcəsində, Avropa birinciliyinin digər mükafatçısı Azər Məmmədov 91 kiloqram çəki dərəcəsində bütün görüşləri qələbə ilə başa vuraraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Lənkəranlı idmançılardan Amil Kərimov ikinci, Rauf Ağayev isə üçüncü yerə layiq görülmüşlər. Qaliblər Respublika Gənclər, İdman və Turizm Nazirliyinin diplomları və qiymətli hədiyyələrlə təltif olunmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]