LƏNKƏRAN ŞƏHƏRİNİN KÜÇƏLƏRİ GECƏLƏR NURA QƏRQ OLUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Lənkəran şəhərinin giriş qapısından başlayaraq Sütəmurdov kəndinin ərazisində yerləşən dəmir konstruksiyalı körpüyədək olan ərazidə küçə işıqlarının dəyişdirilməsinə başlanmışdır.
Şəhər abadlıq kombinatı nəzdində fəaliyyət göstərən xüsusi briqada qısa müddətdə küçə və meydanlarda elektrik dirəklərini yeniləri, gecə lampalarını isə müasir üslublu min voltluq lampalarla əvəz etmişlər.