Lənkəranda 20 Yanvar şəhidlərinin ailə üzvlərinə maddi yardımlar edilmişdir
Lənkəran, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Lənkəran Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Qanlı Yanvar günlərində şəhid olmuş lənkəranlıların ailə üzvlərinə maddi yardımlar edilmişdir.
AZƏRTAC xəbər verir ki, 20 Yanvar şəhidlərinin ailə üzvləri tarixin qan yaddaşına çevrilən faciə qurbanlarının xatirəsinin xalqımız tərəfindən həmişə böyük ehtiramla yad edildiyini diqqətə çatdırmış, ölkəmizdə şəhid ailələrinə göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, qanlı Yanvar günlərində Bakı şəhərində və Lənkəran rayonunda 11 nəfər lənkəranlı şəhid olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]