Lənkəranda bir ailənin 3 üzvü avtomobil qəzasında xəsarət alıb
Lənkəran, 14 mart, İlkin Adıyev, AZƏRTAC
Lənkəran şəhərində yol nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Qurumba kəndi ərazisində qeydə alınıb. "VAZ-21015" və “VAZ-21011" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində "VAZ-21015" markalı minik avtomobilinin sürücüsü Lənkəran rayonunun Rvo kənd sakini 1983-cü il təvəllüdlü Rauf Məmməd oğlu Nəzərov, onun həyat yoldaşı 1994-cü il təvəllüdlü Gültəkin Ziyad qızı Nəzərova və azyaşlı övladları R.N. xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının Acil şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [19:44]
Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək
- 16.06.2026 [19:36]
Tovuzda 22 yaşlı oğlan çayda batıb
- 16.06.2026 [18:49]
Qubada sürüşmə baş verən ərazidən REPORTAJ
- 16.06.2026 [18:33]
Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
- 16.06.2026 [18:05]