Lənkəranlılar 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin hüznlə yad etmişlər
Lənkəran, 21 yanvar (AZƏRTAC). Yanvarın 20-də lənkəranlılar “Şəhidlər” abidə-kompleksinin önündə Qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin hüznlə yad etmişlər.
AZƏRTAC xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, idarə, müəssisə və təşkilatların rəhbərləri, müharibə veteranları, gənclərin və ictimaiyyətin nümayəndələri, şəhər əhalisi abidə-kompleksinin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların məzarları önünə əklillər və gül dəstələri düzmüşlər. Burada şəhidlərin ruhuna dualar oxunmuşdur.
Tədbir Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında davam etmişdir.
Mərasim iştirakçıları teatrın foyesində Lənkəran Rəssamlıq Məktəbi şagirdlərinin 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən rəsm əsərlərindən ibarət sərgi ilə tanış olmuş, Qanlı Yanvar hadisələrinə həsr olunmuş “Qan yaddaşımız” sənədli filminə tamaşa etmiş, teatrın aktyorlarının ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]