Lerik və Yardımlı rayonlarında vəziyyət normallaşır
Lerik, 13 noyabr (AZƏRTAC). Son günlər cənub bölgəsinə yağan qarın fəsadları aradan qaldırılır. Əlaqədar təşkilatlar yaranmış problemləri ən qısa müddətdə aradan qaldırmaq üçün bütün qüvvələri səfərbər etmişlər. Masallı-Yardımlı şose yolunun 13-cü kilometrliyində uçqun nəticəsində bağlanmış yolun açılması 3 saat müddətində təmin edilmişdir. Lerikin Hamarat kəndində torpaq sürüşməsi nəticəsində yaranmış təhlükəni qabaqlamaq üçün bir ailə qonşu kəndə köçürülmüşdür. Lakin bir sıra problemlər hələ də qalmaqdadır. Yardımlı rayonunun Çayüzü, Şiləvəngə və həmin istiqamətdə olan kəndlərdə, eləcə də Lerik rayonunun 50-yə yaxın kəndində elektrik enerjisi yoxdur. Rəzəvul, Nürədi, Əliabad, Gürdəsər, Soru, Camaşar, Çingədülan və bu ətrafda olan kəndlərə yağan qar nəticəsində elektrik enerjisinin verilməsi dayandırılmışdır, kəndlərin rayonla əlaqəsi də kəsilmişdir. Lerik rayonunda 450 elektrik dirəyi aşmış, 14 kilometrlik məsafədə elektrik naqilləri qırılmışdır.
Hazırda qəzanın nəticələri uğurla aradan qaldırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]