Lerikdə qar örtüyünün hündürlüyü 26 sm olub
Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 2-si gün ərzində, dekabrın 3-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, yağıntının miqdarı Rvarudda (Lerik) 13, Şamaxıda 8, Kəlvəzdə 7, Astara, Lerikdə 4, Lənkəran, Daşkəsən, Gədəbəy, Qubada 3, Şahbuz, Gəncə, Ağdərə (Ordubad), Zaqatala, Şəki, Xaçmazda 2, Naftalan, Şəmkir, Oğuz, Tərtər, Mingəçevir, Neftçala, Göytəpə, Yardımlı, Sarıbaşda (Qax) 0-1, Neft daşları, Sumqayıtda 5, Maştağada 4, Binə, Pirallahı, Çilov adasında 3, Qum yatağı, Bakıda 2, Qaradağda 1 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Rvarudda (Lerik) 26, Kəlvəzdə 20, Daşkəsəndə 15, Xınalıq, Lerikdə 7, Sarıbaş, Gədəbəydə 6, Ağdərədə 4, Altıağacda 3, Şahbuz, Qubada 1 sm olub.
Şimal küləyi bəzi rayonlarda 20 m/s-dək güclənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]