“Leyli və Məcnun” növbəti dəfə nümayiş olunub
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında özünəməxsus yer tutan “Leyli və Məcnun” operası teatrsevərlər üçün növbəti dəfə təqdim olunub.
Teatrdan AZƏRTAC-a bildirilib ki, sənət ocağının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda baxılan səhnə əsəri dirijor, Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə edilib.
2 saat 30 dəqiqə davam edən operada Məcnun obrazını Səbuhi İbayev, Leylini isə Xalq artisti Gülyaz Məmmədova canlandırıb.
Digər rollarda Nurlan Namazov, Cahangir Qurbanov, Aytən Məhərrəmova, Taleh Yahyayev, Afaq Ağayeva, Mütəllim Dəmirov, Nəzər Bəylərov və Vüqar Əliyev çıxış ediblər.
Qeyd edək ki, müsəlman Şərqində ilk opera sayılan “Leyli və Məcnun” ilk dəfə olaraq dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınıb. Opera elə həmin il yanvarın 12-də ilk dəfə səhnəyə qoyulub. Ölməz bəstəkarın bu ölməz əsəri 110 ildir ki, Opera və Balet Teatrının repertuarındadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]