Liviyalı futbolçu nə “Beşiktaş”a, nə də “Monako”ya lazım oldu
Bakı, 16 may, AZƏRTAC
İcarə əsasında Fransanın “Monako” komandasında çıxış edən Məhəmməd Əl-Musrati “Beşiktaş”a qayıdacaq.
AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi liviyalı yarımmüdafiəçinin birdəfəlik transfer hüququndan istifadə etməyəcək. Bu səbəbdən oyunçu müqavilə ilə məxsus olduğu İstanbul klubuna geri dönəcək.
Zədəyə görə mövsümü vaxtından əvvəl başa vuran 29 yaşlı futbolçu “Beşiktaş”a da lazım olmayıb. Belə ki, “qara qartallar”ın norveçli baş məşqçisi Ule-Qunnar Solskyaer sözügedən oyunçunu gələcək planlarına daxil etmək fikrində deyil.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]