LONDONDA YAŞAYAN GƏNC SOYDAŞLARIMIZ “BÖYÜK BRİTANİYADA AZƏRBAYCAN FAN KLUBU” YARATMIŞLAR
AZƏRTAC xəbər verir ki, Londonda Azərbaycanlı Gənclər Klubunun təşəbbüsü ilə “Böyük Britaniyada Azərbaycan Fan Klubu” yaradılmışdır. Əsasən Böyük Britaniyada yaşayan və təhsil alan gənclər burada idman, musiqi, incəsənət və digər yarışlar təşkil edəcək, Azərbaycana dəstək kampaniyasını həyata keçirəcəklər.
“Fan klub”un ilk işi futbol üzrə 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Kardif şəhərində keçiriləcək Uels-Azərbaycan qarşılaşmasında komandamıza dəstək olacaqdır. Bu məqsədlə Azərbaycanın Böyük Britaniyadakı səfirliyi tərəfindən azarkeşlər üçün bilet, avtobuslar və bayraqlar sifariş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]