Madriddə F1 Qran-Prisinin keçirilməsinə dair razılıq əldə olunub
Bakı, 14 iyul, AZƏRTAC
Madrid şəhərində Formula 1 yürüşlərinin keçirilməsinə doğru daha bir addım atılıb. İspaniya paytaxtından şimal-şərqdə yerləşən IFEMA sərgi mərkəzi İcraiyyə Komitəsinin prezidenti Visente de los Mozos Böyük Mükafatların rəhbərliyi ilə razılıq əldə olunduğunu bəyan edib.
AZƏRTAC xəbər verir ki, de los Mozos “Europa Press” nəşrinə müsahibəsində deyib: “Mən artıq kontraktın nə vaxt imzalanacağını bilirəm. Biz müəyyən olunmuş prosedurlara uyğun hərəkət etdik. İspaniya Avtomobil Federasiyası ən əvvəlindən xəbərdar edilmişdi, biz eksklüzivlik haqqında saziş imzaladıq və indi kontrakta uyğun şəkildə irəliləyirik. Bu tədbir regiona 500 milyon avro gəlir gətirəcək və sadəcə yürüş deyil, həm də Avropada ən yaxşı mərhələ olacaq”.
Barselonanın 2026-cı ilədək İspaniya Qran-Prisi keçirilməsinə dair müqaviləsi var və hələ ki, Formula 1 rəhbərliyinin İspaniyada iki mərhələnin keçirilməsinə və ya təqvimdə Barselonanın Madrid ilə əvəzlənməsinə razılıq verəcəyi məlum deyil.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]