Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışda ölənlərin sayı artıb - YENİLƏNİB-2
Bakı, 15 avqust, AZƏRTAC
Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışda ölənlərin sayı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Partlayış nəticəsində 3-ü uşaq olmaqla 27 nəfər həlak olub. Xəstəxanalarda 66 nəfərin olduğu bildirilir. Onlardan 10-nun vəziyyəti ağırdır.
01:38
Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dağıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Mahaçqalanın şimalında yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 2-si uşaq olmaqla 12 nəfər ölüb" - məlumatda deyilir.
00:11
Mahaçqalada “Globus" ticarət mərkəzinin yaxınlığındakı avtoservis binasında partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Hadisə nəticəsində 5 nəfərin öldüyü, 10 nəfərin yaralandığı bildirilir.
Partlayış yerinə fövqəladə hallara müdaxilə xidmətləri cəlb olunub.