MAL-QARA OĞRULARI TUTULMUŞLAR
Ağsu Rayon Polis Şöbəsinin rəisi Ağaisa Şahkərəmov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, əməliyyatda 42 polis əməkdaşı iştirak etmişdir. Mühasirəyə alınan silahlı dəstə müqavimət göstərmişdir. Təslim olmaq barədə dəfələrlə xəbərdarlıq edilsə də, atışma 53 dəqiqə davam etmişdir. Nəticədə Laçın rayonunun Minkənd kənd sakini, 1952-ci il təvəllüdlü, qəsdən adamöldürmə üstündə Goranboy Rayon Polis Şöbəsi tərəfindən axtarışda olan Tofiq Taptıq oğlu Binnətəliyev atışma zamanı aldığı yaradan hadisə yerində keçinmişdir.
Dəstənin digər üzvü, Laçın rayonu Muncuqlu kənd sakini, 1972-ci il təvəllüdlü Ehtiram Cocu oğlu Abdullayev isə tərkisilah edilərək tutulmuşdur. Cinayətkarlardan bir ədəd “Naqan” tipli tapança, 1 ədəd “TOZ-8” yivli silah, 2 ədəd ov tüfəngi, 1 ədəd beşbarmaq və xeyli döyüş sursatı müsadirə olunmuşdur. Oğrulardan alınmış mal-qara sahiblərinə qaytarılmışdır.
Cinayətlə əlaqədar İsmayıllı rayon prokurorluğu istintaq aparır.