MAMA-GİNEKOLOQLARIN III QURULTAYI
Nazir bu institutda fundamental tədqiqat işlərini gücləndirməyin zəruriliyini vurğulayaraq, qarşıdakı illərdə səhiyyəmizin bu sahəsinə diqqətin daha da artırılacağını söylədi. O bildirdi ki, Bakının səhiyyə-sağlamlıq ocaqlarında olan yeniliklər Prezident İlham Əliyevin tapşırığı ilə rayonların tibb ocaqlarında tətbiq ediləcəkdir.
Nazir respublikamızın səhiyyəsi üçün yüksək ixtisaslı kadrlar hazırlanmasında Tibb Universitetinin xidmətlərini xüsusi vurğuladı.
Ölkəmizin tanınmış mütəxəssisləri mama-ginekoloji xidmətin, bu sahədə elmi potensialın vəziyyəti və inkişaf yolları barədə öz mülahizələrini bildirdilər. Qurultayda ətraflı fikir mübadiləsi aparıldı.
Qurultay ginekologiyanın aktual problemlərini ətraflı müzakirə edəcək və bu sahənin inkişafı üçün tədbirlər müəyyənləşdirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]