“Mançester Yunayted” Almaniya millisinin baş məşqçisi ilə danışıqlara başlayıb
Bakı, 16 fevral, AZƏRTAC
Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann İngiltərənin “Mançester Yunayted” klubunu çalışdıra bilər.
AZƏRTAC Britaniya mətbuatına istinadla xəbər verir ki, Mançester təmsilçisi 39 yaşlı mütəxəssislə danışıqlara başlayıb.
“Mançester Yunayted”dən danışıqlar prosesinə kadrlar şöbəsinin rəhbəri və Nagelsmannın oyun üslubunun pərəstişkarı Kristofer Uivell başçılıq edir. Klub rəhbərliyi almaniyalı mütəxəssisin öz işi ilə Premyer Liqada dominantlıq edə və Yurgen Kloppun “Liverpul”dakı uğurlarını təkrarlaya biləcəyinə inanır.
Lakin kapitan Brunu Fernandeş də daxil olmaqla, əsas oyunçular hazırkı baş məşqçi Maykl Kerriki fəal şəkildə dəstəkləyirlər. Portuqaliyalı futbolçu ingiltərəli mütəxəssisin mümkün ayrılığı fonunda yalnız bir şərtlə komandada qalmağa razıdır. Bunun üçün ona daha sərfəli şərtlərlə yeni müqavilə təklif olunmalıdır. Belə ki, Fernandeş həftəlik maaşının 400 min avroya çatdırılmasını tələb edir.
Qeyd edək ki, Yulian Nagelsmann daha əvvəl “Hoffemhaym”, “Leypsiq” və “Bavariya” kimi komandalara rəhbərlik edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]