“Mançester Yunayted”in baş məşqçisi Joze Maurinyo mövsümün sonunda klubdan ayrıla bilər
Bakı, 7 noyabr, AZƏRTAC
İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi Joze Maurinyo mövsümün sonunda klubdan ayrıla bilər.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis klub rəhbərliyinin qərarlarından narazıdır.
Baş məşqçini “Çelsi”nin keçmiş yarımmüdafiəçisi Nemanja Matiçin keçid prosesinin təxirə salınması məyus edib. O, həmçinin “qırmızı şeytanlar”ın heyətə yeni oyunçu qatmamasından narazıdır.
Əvvəllər Mourinyonun növbəti iş yerinin PSJ ola biləcəyi bildirilib. Paris klubu artıq portuqaliyalı məşqçinin meneceri ilə danışıqlar aparıb. Maurinyonun İngiltərə klubu ilə müqaviləsi 2019-cu ilədəkdir.
Hazırda “Mançester Yunayted” İngiltərə çempionatında 11 turdan sonra ikinci yerdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]