Markus Reşford rekorda imza atıb
Bakı, 16 yanvar, AZƏRTAC
İngiltərə Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilən “Mançester Siti” ilə oyun “Mançester Yunayted”in hücumçusu Markus Reşford üçün əlamətdar olub.
AZƏRTAC xəbər verir ki, o, bu görüşdə komandasının qələbə qolunu vurmaqla yanaşı, yeni rekorda da imza atıb. Belə ki, 25 yaşlı futbolçu indiyədək yerli çempionatda 67 dəfə rəqib qapılarına yol tapıb. Markusun bu qollarından 27-si, yəni 40,3 faizi qələbə qolu olub. Belə göstərici Premyer Liqa tarixində 50-dən çox qol vurmuş futbolçular arasında rekord nəticədir.
Qeyd edək ki, “qırmızı şeytanlar” Mançester derbisində (2:1) əzmkar qələbə qazanıb. Bu nəticə ilə xal hesabını 38-ə çatdıran “Mançester Yunayted” turnir cədvəlində 3-cü pilləyə yüksəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]