Marneulidə 15 min nəfər COVID-15 virusu ilə əlaqədar testdən keçirilib
Tbilisi, 26 mart, AZƏRTAC
Koronavirusla əlaqədar Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda 15 min nəfər, Bolnisi rayonunda isə 3 400 nəfər COVID-19 virusunu sürətlə aşkarlayan testdən keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili məlumat verib.
Qubernator deyib ki, aparılan test yoxlamalarının nəticəsində iki rayonda koronavirusa hələ hər hansı bir yoluxma halı təsdiqlənməyib.
Onun sözlərinə görə, Marneuli və Bolnisidə ciddi karantin rejimi normal qaydada davam edir.
“Hazırda hər iki bələdiyyədə ərzaq məhsulları, yanacaq və dərman preparatları kifayət qədərdir" - deyə Ş.Rexviaşvili vurğulayıb.
Bildirib ki, bu gün 10 min ədəd tibbi maska və digər tibbi ləvazimatlar Marneuli və Bolnisidə paylanılacaq.
Qeyd edək ki, martın 23-dən azərbaycanlıların yığcam yaşadıqları hər iki rayonda ciddi karantin rejimi tətbiq olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:29]
“Aqrar sahə haqqında” yeni Qanunun hazırlanması nəzərdə tutulur
- 11.06.2026 [14:07]
Məhərrəm ayının başlanacağı tarix açıqlanıb
- 11.06.2026 [13:29]