MARQARET HASSANI OĞURLAYANLAR ONU ƏZ-ZƏRQAVİNİN YARAQLILARINA VERƏCƏKLƏRİ İLƏ HƏDƏLƏYİRLƏR
“Keə intənəşnl” Beynəlxalq Xeyriyyə Təşkilatının İraq şöbəsinin 59 yaşlı başçısı Marqaret Hassan oktyabrın 19-da oğurlanmışdır. O, 10 ildən artıq idi ki, İraqda işləyirdi. Hassan həm Böyük Britaniya, həm də İraq vətəndaşıdır. O, iraqlıya ərə getmişdir və artıq 30 ildir İraqda yaşayır.
“Keə intənəşnl” dünyanın ən iri hümanitar təşkilatlarından biridir. Onun nümayəndələri Asiya, Afrika, Latın Amerikası, Yaxın Şərq və Şərqi Avropanın 72 ölkəsində fəaliyyət göstərirlər. Hassanın oğurlanması barədə məlumat yayılan kimi, təşkilat İraqda fəaliyyətini dayandırmışdır.
Bir qədər əvvəl Marqaret Hassanın həyat yoldaşı Tasin Hassan humanitar missiyanın başçısı olan xanımının buraxılması xahişi ilə onu oğurlayanlara müraciət etmişdir. O əmin etməyə çalışmışdır ki, arvadı “İraqı sevir və siyasətlə heç bir əlaqəsi yoxdur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]