Martın 14-də Azərbaycanda hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcəkdir. Gecə və səhər fasilələrlə az yağıntılı olacağı gözlənilir.
Şimal-qərb küləyi əsəcəkdir.
Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-8° isti təşkil edəcəkdir.
Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacaqdır.
Atmosfer təzyiqi 773 mm civə sütunundan 778 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
arabir yağıntı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir.
Qərb küləyi arabir güclənəcəkdir.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Qərb küləyi arabir güclənəcəkdir.
Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Qərb küləyi arabir güclənəcəkdir.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən,
Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Şimal-qərb küləyi arabir güclənəcəkdir. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-3° şaxta olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad,
Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Şimal-qərb küləyi arabir güclənəcəkdir.
Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-11° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
havanın fasilələrlə yağıntılı olacağı, dağlarda sulu qar, qar yağacağı gözlənilir.
Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaqdır.
Şimal-şərq küləyi arabir güclənəcəkdir.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 3-7° isti təşkil edəcəkdir.