Martın 22-də Azərbaycanda gözlənilən hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və axşam yarımadanın bəzi yerlərində yağıntılı olacağı gözlənilir.
Səhər zəif duman olacaq, Cənub küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcəkdir.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti olacaqdır.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcəkdir.
Azərbaycanın rayonlarında
Arabir yağış yağacağı, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qara keçəcəyi gözlənilir.
Səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti,
dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti proqnozlaşdırılır.
Naxçıvan Muxtar Respublikasında
Arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3° şaxtadan, 2°-dək isti, gündüz 3-6° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər - Ağdam - Ağcabədi - Füzuli-Cəbrayıl rayonlarında
Arabir yağış yağacağı, axşam dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-5° isti, gündüz 8-12° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
Arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Əsasən gecə və axşam arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Qərb küləyi əsəcək, gündüz arabir güclənəcəkdir.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
Arabir yağış yağacağı, axşam dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Şimal-şərq küləyi gündüz əsəcək, arabir güclənəcəkdir.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-10° isti,
dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-7° isti proqnozlaşdırılır.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Tutqun, rütubətli və soyuq diskomfortlu havaların üstünlüyü meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.