Martın 28-də Tokioya qar yağacağı gözlənilir
Tokio, 28 mart, AZƏRTAC
Aşağı təzyiq sistemi və soyuq hava kütlələri martın 29-da Tokioya və ətraf rayonlara qar gətirə bilər.
AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, paytaxt Tokio daxil olmaqla, Kanto regionunun geniş ərazisində bazar günü səhərdən günortayadək qar yağacağı gözlənilir.
Bildirilir ki, Kantonun şimal rayonlarına 30 santimetr qalınlığında qar yağacağı proqnozlaşdırılır. Koşin rayonuna 25 santimetr, Hakone, Tama və Çiçibu rayonlarına isə 15 santimetr qar yağacağı gözlənilir.
Mərkəzi Tokio daxil olmaqla Kanto regionunun cənub hissəsinə isə 5 santimetr qar yağacağı bildirilir. Hava şəraiti soyuq olacağı təqdirdə, qarın uzun müddət yerdə qalacağı proqnozlaşdırılır.
Eyni zamanda, aşağı hava təzyiqinin Tokionun cənubunda yerləşən İzu adasına saatda 30 millimetr yağış və şimşək gətirəcəyi də bildirilir.
Meteorologiya Agentliyi insanları ehtiyatlı davranmağa, torpaq sürüşmələri, daşqınlar və güclü küləyin yarada biləcəyi fəsadlara hazır olmağa çağırır.
Əlavə olaraq qeyd edək ki, cari qış fəsli ərzində Tokioya cəmi bir dəfə qar yağıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [14:15]
Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Liviyada danışıqlar aparıb
- 23.06.2026 [14:08]
Ukraynanın Krivoy Roq şəhərinə raket zərbəsi nəticəsində 3 nəfər həlak olub
- 23.06.2026 [13:19]
Böyük Britaniyada rekord istilər gözlənilir
- 23.06.2026 [12:58]
İrakli Kobaxidze: AŞPA tamamilə maraqsız qurumdur
Eltun Yaqublu yenidən “Zirə”də
- [14:16]
Litva hökuməti istefa verib
- [12:26]
Bu saata olan əsas xəbərlər
- [12:00]