Martın 5-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin martın 4-dən 5-nə keçən gecə yarımadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimalı vardır.
Temperatur gecə 1°-3°, gündüz 6°-9° isti olacaqdır.
Bakıda gecə 1°-3°, gündüz 7°-9° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 768 millimetr civə sütunundan 763 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-90 faiz, gündüz 50-60 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz olacağı gözlənilir.
Temperatur gecə 1-6° şaxta, gündüz 9-14° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
havanın gündüz əsasən yağmursuz keçəcəyi, gecə bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 4°-9° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 0-3° , gündüz 6°-11° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın gündüz əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı, az qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-4° şaxta, gündüz 3°-7° isti, dağlarda gecə 4°-8° şaxta, gündüz 0-4° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın gündüz əsasən yağmursuz olacağı, martın 4-dən 5-nə keçən gecə bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 0-4° isti, gündüz 7°-12° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın gündüz əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 0-4° , gündüz 7°-12° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 0-5° isti təşkil edəcəkdir.