Martın 6-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 1°-3°, gündüz 8°-12° isti olacaqdır.
Bakıda gecə 1°-3°, gündüz 10°-12° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-90 faiz, gündüz 50-60 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz olacağı gözlənilir.
Temperatur gecə 3°-8° şaxta, gündüz 9°-14° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 5°-10° şaxta, gündüz 4°-9° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8°-13° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 4°-9° isti, dağlarda gecə 5°-9° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8°-13° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8°-13° isti, dağlarda gecə 3°-8° şaxta, gündüz 3°-8° isti təşkil edəcəkdir.