“Masal Masal Türkiyə” uşaq nağılları tətbiqində Azərbaycanla bağlı bölüm yaradılacaq



Ankara, 13 iyun, AZƏRTAC
Türkiyədə mobil telefonlar üçün hazırlanmış “Masal Masal Türkiyə” adlı türk nağılları proqramına “Türk dünyası: Azərbaycan” bölümü əlavə ediləcək.
AZƏRTAC xəbər verir ki, bölümdə nağılların mətni, onlara aid rəsmlər, habelə onların Azərbaycan və Türkiyə türkcəsində səsli versiyalarının yerləşdirilməsi planlaşdırılıb.
Türk nağılları mobil tətbiqində Azərbaycan bölümü hazırlanarkən xalq nağıllarımıza dair nəşrlər və “Azərbaycan masalları” adlı nağıllar kitabı əsas götürüləcək. Bu barədə ortaq əməkdaşlığa dair Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türkiyənin Atatürk Mədəniyyət Mərkəzi arasında yol xəritəsi imzalanıb.
“Masal Masal Türkiyə” adlı layihə vasitəsilə nağıllar mobil telefonlar vasitəsilə çatdırılır. Bəzi seçilmiş nağıllar əsasında isə cizgi filmləri çəkilir və proqrama əlavə edilir.
Nağıllar İstanbul türkcəsi və Türkiyənin bölgələrinin ləhcələrində qeydə alınır. Hər biri dünyanın aparıcı səkkiz xarici dillərində mətn və audio kimi izləyicilərə təqdim olunur.
Layihə nəticəsində gələcəkdə Azərbaycan xalq nağılları da “Masal Masal Türkiyə” adlı mobil telefonlar üçün hazırlanan proqrama daxil edilməklə gələcəkdə həm Türkiyədə, həm də digər dünya dillərinə tərcümə edilməklə daha geniş təbliğ olunacaq.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.07.2025 [12:24]
“Teatral Akademiya” layihəsi regional teatrların inkişafına töhfə verir
- 16.07.2025 [12:10]
Bu gün Əməkdar memar Rasim Əliyevin doğum günüdür
- 16.07.2025 [11:27]
“Nəsildən-nəslə teatr” layihəsinin növbəti seminarı Lənkəranda təşkil olunub
- 16.07.2025 [10:20]
Kimlər gəldi, kimlər getdi bu dünyadan…
- 15.07.2025 [20:39]
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
“Əkinçi”- 150: Gələcəyə ismarıc
- [10:37]
Avropa İttifaqı Gürcüstan ilə bağlı qərar qəbul edə bilməyib
- 15.07.2025 [23:05]
Trans-Xəzər marşrutu üzrə tranzit həcmi 5 il ərzində 6 dəfə artıb
- 15.07.2025 [22:08]
NATO nümayəndə heyəti ilə görüş keçirilib
- 15.07.2025 [21:43]
“Neftçi” ekvadorlu futbolçunu transfer edib
- 15.07.2025 [21:25]
Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasına yeni kitablar təqdim olunub
- 15.07.2025 [21:06]
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
- 15.07.2025 [20:39]
Zəfər parkı ərazisində Zəfər muzeyinin tikintisi sürətlə davam edir
- 15.07.2025 [19:49]
"Dəniz təbabəti ensiklopediyası" çapdan çıxıb
- 15.07.2025 [18:55]
Belqrad yaxınlığında yanğın baş verib
- 15.07.2025 [18:45]
Bosniya və Herseqovinada meşə yanğınları davam edir
- 15.07.2025 [18:35]