Mayın 24-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində isə əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 19-24° isti təşkil edəcəkdir.
Bakıda gecə 14-16° isti, gündüz 22-24° isti olacaqdır.
Atmosfer təzyiqi norma daxilində 760 millimetr civə sütunu təşkil edəcəkdir.
Nisbi rütubət gecə 85-95, gündüz 60-65 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
arabir yağış yağacağı, 26-da gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° təşkil edəcək, 26-da 29° -dək isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağış yağacağı, gecə və axşam bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 14-19° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
arabir yağış yağacağı, gecə və axşam bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı,
şimşək çaxacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 19-24° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
arabir yağış yağacağı, gecə və axşam bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı,
şimşək çaxacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti təşkil edəcək, dağlarda gecə 4-9° isti,
gündüz 13-18° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 21-26° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 21-26° isti təşkil edəcək, dağlarda gecə 7-12° isti, gündüz 18-22° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin əsasən normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.