Mayın 27-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-25° isti təşkil edəcəkdir.
Bakıda gecə 16-18° isti, gündüz 23-25° isti olacaqdır.
Atmosfer təzyiqi 759 milli metr civə sütunundan 765 millimetr civə sütununa yüksələcəkdir.
Nisbi rütubət gecə 85-95, gündüz 60-65 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 14-19° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi
-Füzuli-Cəbrayıl rayonlarında
əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 20-25° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ,
İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 19-24° isti təşkil edəcək, dağlarda gecə 4-9° isti, gündüz 14-19° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir,
İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı ehtimalı var.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı ehtimalı var.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 20-25° isti təşkil edəcək, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Mayın 27-də günün ikinci yarısında və 28-i gecə Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi və güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Sonrakı iki gün ərzində meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.