Mayın 28-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° isti təşkil edəcəkdir.
Bakıda gecə 15-17° isti, gündüz 23-25° isti olacaqdır.
Atmosfer təzyiqi 762 milli metr civə sütunu təşkil edəcəkdir.
Nisbi rütubət gecə 85-95, gündüz 60-65 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Gündüz əsasən yağmursuz keçəcəkdir.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əsasən yağmursuz keçəcəkdir.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-17° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
Gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimal var.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 21-26° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti təşkil edəcək, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
Gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 22-27° isti təşkil edəcək, dağlarda gecə 7-12° isti, gündüz 17-22° isti olacaqdır.