MDB-DƏ İNFLYASİYANIN ƏN AŞAĞI SƏVİYYƏSİ AZƏRBAYCANDA QEYDƏ ALINMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, yanvarın 6-da MDB-nin dövlətlərarası Statistika Komitəsinin məlumatı yayılmışdır. Məlumatda deyilir ki, ötən ilin yanvar-noyabr aylarında MDB ölkələrində inflyasiyanın orta səviyyəsi 2002-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 11 faiz olmuşdur. Həmin dövrdə inflyasiyanın ən yüksək səviyyəsi Belarusda (28,7 faiz), ən aşağı səviyyəsi isə Azərbaycanda (2,1 faiz) qeydə alınmışdır. 2003-cü ilin noyabrında oktyabr ayı ilə müqayisədə inflyasiyanın ən yüksək səviyyəsi Gürcüstanda (4,8 faiz), ən aşağı səviyyəsi isə Tacikistanda (0,6 faiz) olmuşdur. 2003-cü ildə Rusiyada inflyasiya 12 faiz təşkil etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]