MDB-nin Baş katibi Baş nazir Əli Əsədova təbrik məktubu ünvanlayıb
Bakı, 21 fevral, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.
Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, Sergey Lebedev yenidən Azərbaycanın Baş naziri təyin edilməsi münasibətilə Ə.Əsədova səmimi təbriklərini çatdırıb.
“Əminəm ki, Sizin rəhbərlik etdiyiniz hökumət ölkənin sosial-iqtisadi inkişafı üçün effektiv işləyəcək, həmçinin Müstəqil Dövlətlər Birliyi məkanında hərtərəfli əməkdaşlığın qorunması istiqamətində xətti davam etdirəcək”, - deyə məktubda bildirilib.
S.Lebedev Əli Əsədova cansağlığı, əmin-amanlıq və Azərbaycan xalqının mənafeyi naminə planların və təşəbbüslərin icrasında uğurlar arzulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]