MDB-nin Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası keçirilib
Minsk, 15 aprel, AZƏRTAC
MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan ölkələrin qurumun nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının (DSNŞ) növbəti iclası keçirilib.
AZƏRTAC qurumun Minskdəki qərargahının mətbuat xidmətinə istinadla xəbər verir ki, daimi səlahiyyətli nümayəndələr MDB Xarici İşlər Nazirləri Şurasının Bişkekdə keçirilmiş iclasının yekunlarını müzakirə ediblər.
Daimi səlahiyyətli nümayəndələr, həmçinin Böyük Vətən müharibəsində qələbənin 70 illiyinin bayram edilməsinə dair tədbirlər planının icrası vəziyyətini də nəzərdən keçiriblər. Tədbirlər planının əsasən yerinə yetirildiyini bildirən DSNŞ-nin üzvləri onun tam icra olunmasında MDB-yə üzv ölkələrə və Birliyin orqanlarına kömək etməyi qərara alıblar.
İclasda MDB-nin yaranmasının 25-ci ildönümünün 2016-cı ildə bayram edilməsi haqqında tədbirlər planının layihəsi də müzakirə edilib. Birliyin İcraiyyə Komitəsinə sənəd layihəsini üzv ölkələrə göndərmək və razılaşdırmaq üçün bu ilin oktyabrında MDB XİNŞ və Hökumət Başçıları Şurasına təqdim etmək təklif olunub.
DSNŞ-nin növbəti iclası mayın 19-na nəzərdə tutulub.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]