Mədəniyyət mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir
Bakı, 18 yanvar (AZƏRTAC). Yanvarın 18-də A.M.Şərifzadə adına mədəniyyət mərkəzində 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş “Qara Yanvar” adlı anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə mərkəzin direktoru Zivər Əhmədova Azərbaycan xalqına qarşı törədilmiş 20 Yanvar qətliamının XX əsrin ən dəhşətli hadisəsi, keçmiş sovet imperiyasının xalqları əsarətdə saxlamaq siyasətinin tərkib hissəsi olduğundan danışmış, azadlıq carçıları - 20 Yanvar şəhidlərinin heç zaman unudulmayacağını, xalqımızın qan yaddaşında əbədi yaşayacağını vurğulamışdır.
İctimaiyyət nümayəndələrinin, 20 Yanvar faciəsi şahidlərinin iştirak etdikləri tədbirdə çıxış edənlər həmin günlə bağlı xatirələrini bölüşmüş, şəhidlərə, onların ailələrinə göstərilən hörmət və ehtirama görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Poeziya dərnəyinin gənc üzləri şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya göstərmişlər.
Tədbir çərçivəsində Qara Yanvar faciəsini əks etdirən “Biz sizdən öyrəndik qəhrəmanlığı” adlı fotosərgi təşkil olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]