Mədəniyyət Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Bakı, 10 may, AZƏRTAC
Mədəniyyət Nazirliyinin kollektivi mayın 10-da Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, nazirliyin əməkdaşları Ulu Öndərin məzarı önünə tər çiçək dəstələri qoyub, Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildiriblər.
Qeyd edək ki, bu gün müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur. Azərbaycanın yeni tarixinin bütöv bir qərinəsi dünyaşöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider respublikamıza rəhbərliyinin hər iki dövründə mədəniyyətimizin həqiqi himayədarı olub, onun inkişafına, zəngin mədəni irsimizin, incəsənətimizin dünyada tanınması və təbliğinə hər zaman diqqət və qayğı göstərib. Bütün Azərbaycan xalqı kimi, mədəniyyət sahəsində çalışan insanlar da tariximizdə müstəsna yeri olan dahi rəhbərin əziz xatirəsini daim ehtiramla yad edirlər.