Media: Pakistanda törədilən silsilə terror aktları nəticəsində azı 50 nəfər öldürülüb
Bakı, 27 avqust, AZƏRTAC
Bəlucistan əyalətinin müxtəlif bölgələrində törədilən terror aktları nəticəsində azı 50 nəfər, o cümlədən Pakistan hərbçiləri və hüquq-mühafizə orqanlarının nümayəndələri həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.
Məlumata görə, hücumlar avqustun 25-i axşam saatlarında başlayıb və Pakistan ordusunun Mastunq, Kalat, Pasni və Suntsar şəhərlərindəki çağırış mərkəzlərinə və polis məntəqələrinə yönəlib. Bundan əlavə, gün ərzində Sibi, Pəncqur, Turbat, Bela və Kvettada terror aktları qeydə alınıb. Nəşr Musaxail rayonunda baş verən epizoda xüsusi diqqət yetirib: orada silahlı şəxslər şəhərlərarası avtomobil yolunu kəsiblər. Ekstremistlər avtobusları, mikroavtobusları və yük maşınlarını saxlayıb, daha sonra sürücüləri və sərnişinləri güllələyiblər.
Hücumlara görə məsuliyyəti Pakistanda qadağan olunmuş Bəlucistan Azadlıq Ordusu öz üzərinə götürüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:40]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]