Məftun Abbasov: Ermənistanın müharibə cinayətlərinin dünya ictimaiyyətinə çatdırılmasında media nümayəndələrinin böyük rolu var
Şuşa, 22 iyul, Həşim Güləmirov, AZƏRTAC
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi media nümayəndələri ilə sıx əlaqələr qurur. Şuşa şəhərindəki dağıntılar, bərpa və yenidənqurma işləri, keçirilən tədbirlər mediada geniş işıqlandırılır və təbliğ edilir.
AZƏRTAC xəbər verir ki, bunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forumunda çıxışı zamanı deyib.
M.Abbasov qeyd edib ki, bu gün Azərbaycanda böyük jurnalist ordusu yetişir. Məhz bu jurnalist ordusu 44 günlük Vətən müharibəsi zamanı döyüş bölgələrində operativ informasiyalar verdi, xalqa Ordumuzun uğurları haqqında məlumatlar çatdırdı. Həmçinin Ermənistanın müharibə cinayətlərinin dünya ictimaiyyətinə çatdırılmasında media nümayəndələrinin böyük rolu var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]