MƏĞLUB OLMAYAN QALİB GƏLƏ BİLMƏZ. BİZİ QARŞIDA MÖHTƏŞƏM QƏLƏBƏ GÖZLƏYİR
Bakı, 25 fevral (AZƏRTAC). “Məğlub olmayan qalib gələ bilməz. Bizi qarşıda möhtəşəm qələbə gözləyir”. Bu fikirlər fevralın 25-də Xocalı faciəsinin 18-ci ildonümü münasibətilə Azərbaycan Yazıçılar Birliyində (AYB) keçirilən tədbirdə səslənmişdir.
Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
AYB-nin katibi, xalq şairi Fikrət Qoca erməni qəddarlığının açıq-aşkar nümunəsi olan Xocalı faciəsinin hər il ölkəmizdə və xaricdə yaşayan azərbaycanlılar tərəfindən qeyd olunduğunu bildirmiş, başımıza gətirilən müsibətlərin tarixin yaddaşına köçürülməsi ilə bağlı yazıçı və şairlərimizin üzərinə düşən vəzifələrdən danışmışdır.
Yazıçı-dramaturq Xeyrəddin Qoca, şair Ramiz Məmmədzadə və digər çıxış edənlər Xocalı faciəsi, Qarabağ həqiqətləri haqqında xarici mətbuatda yazılar dərc etdirməyin vacibliyini vurğulamış, Xocalı hadisəsinin soyqırımı kimi tanınması, faciə günahkarlarının cəzalandırılmasını tələb etmişlər.
Oqtay Rza, Fərqanə Mehdiyeva, Qəşəm Nəcəfzadə Xocalıya həsr etdikləri şeirlərini oxumuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]