Məhəmmədrəsul Məcidov səkkizdəbir finala vəsiqə qazanıb
Bakı, 27 avqust, AZƏRTAC
Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir. Mundialın ikinci günündə Azərbaycan millisinin bir üzvü rinqə çıxıb.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildirilib ki, 91 kiloqramdan artıq çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov 1/16 final mərhələsi çərçivəsində keçirilən döyüşdə Kumar Satişla (Hindistan) üz-üzə gəlib. Qarşılaşma ikiqat dünya çempionumuzun qələbəsi ilə yekunlaşıb. M.Məcidov rəqibini 5:0 hesabı ilə məğlub edib.
Boksçumuz səkkizdəbir finalda iordaniyalı Hüseyn İşayşlə qüvvəsini sınayacaq. Döyüş avqustun 28-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]