Məktəblilərimiz 34-cü Beynəlxalq Biologiya Olimpiadasında uğurla çıxış ediblər
Bakı, 11 iyul, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərində keçirilən 34-cü Beynəlxalq Biologiya Olimpiadasında şagirdlərimiz uğurla çıxış ediblər.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 76 ölkə üzrə 293 şagirdin iştirak etdiyi yarışda 4 məktəbli ilə təmsil olunan komandamız 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıb.
Olimpiadada Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Zəhrabəyim Abdullayeva və Nurlan Məmmədov bürünc, Quba şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Kənan Orucəliyev isə həvəsləndirici mükafata layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:55]
Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb
- 28.09.2026 [18:26]
Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub
- 28.09.2026 [18:03]