MƏQSƏD MƏHSULDAR VƏ ƏTİRLİ TÜTÜN SORTLARI YETİŞDİRMƏKDİR
Rayonda bu texniki bitkinin seleksiyası ilə məşğul olan təcrübə stansiyasının rəisi Əminət Əliyeva AZƏRTAC-ın müxbirinə demişdir: 170 hektara yaxın sahəsi, 50 işçisi olan stansiyada elmi tədqiqatla məşğul olur, görkəmli tütünçü alim Bəhlul Abbasovun rəhbərliyi altında isə seleksiya işləri aparırıq. Respublikamızın tütün genofonduna daxil olmuş, əsasən ətirli və yarımətirli olan 91 sort bizim təcrübə stansiyasında sınaqdan keçirilir. Bu sortların yarpağı kiçik, məhsuldarlığı aşağı olduğu üçün fermerlər onlara az meyl edirlər. Apardığımız tədqiqat işlərinin başlıca məqsədi onlardan yüksək məhsuldarlığa malik, iriyarpaqlı ətirli tütün sortları almaqdır.
Bu yaxınlarda “European Tobacco-Baku”da keçirilən müşavirədəki çıxışımda kollektivimiz adından verdiyim vədi təkrar edirəm: ətirli sortların toxumçuluğu ilə məşğul olmağı öz üzərimizə götürürük və Allah qoysa, gələn il sınaqdan çıxardığımız növlərin hamısının auksion səpinini təşkil edəcəyik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]