Mərkəzi Bank: Qusarda maliyyə xidməti istehlakçılarının müraciətləri dinlənilib
Bakı, 11 avqust, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi məsələsini daim diqqət mərkəzində saxlamaqla mütəmadi olaraq tədbirlər həyata keçirir.
AMB-dən AZƏRTAC-a bildirilib ki, məhz bu məqsədlə Qusar şəhərində səyyar vətəndaş qəbulu keçirilib. Səyyar qəbul zamanı maliyyə xidməti istehlakçılarının şifahi müraciətləri dinlənilib, maliyyə xidməti sahəsi ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması fonunda vətəndaşların təklifləri qeydə alınıb.
Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə səyyar qəbulların keçirilməsi davam etdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:58]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [17:37]