MƏSCİDDƏ ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Astara şəhərinin ən böyük və qədim məscidində görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri, Prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, mərasim iştirakçıları Prezident Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən, keçdiyi şərəfli həyat yolundan danışmışlar. Ehsan süfrəsi açılmış, mərhum Prezidentimizin ruhuna dualar oxunmuşdur.
Rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatların başçıları, nüfuzlu din xadimləri və ziyalılar mərasimdə iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]